LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə yeni il tədbiri keçirildi.
27 dekabr 2022-ci il tarixində Kollecin Akt zalında 31dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni 2023-cü il münasibəti ilə “Yeni il karnavalı” keçirildi. Bayram tədbirini Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova açıb və bütün iştirakçılara xoş bayram arzularını çatdırıb. Kollec rəsmisi başa çatmaqda olan ilin yekunlarından, 2023-cü ildə qarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərində uğurlar arzu edib.Şaxta babanın qonaq olduğu “Yeni il karnavalı” şux və şən mahnılar, oynaq rəqslərlə yaddaqalan olub, iştirakçılara xoş bayram əhval ruhiyyəsi bəxş edib. Bir neçə saat davam edən karnavalda Kollecin “Sosial” şöbəsinin tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Yeni il karnavalı saz musiqisinin sədaları altında iştirakçıların ifasında “Yallı” rəqsi ilə sona çatıb.Tədbirin yekununda direktor Leyla İbrahimova karnavalın təşkilatçılarına, maraqlı musiqi nömrələri ilə çıxış edən gənc istedadlara minnətdarlıq bildirib.