Müavinlər

Müavinlər

Kollecin tədris işləri üzrə direktor müavini Vahabov Emil Eminağa oğlu.
Vahabov Emil Eminağa oğlu 11 mart 1980 – ci ildə Lənkəran rayonunun Girdəni kəndində ziyalı ailəsində anadan olmuşdur. 01 sentyabr 1986 –cı ildə Lənkəran rayonu M. Bağırov adına Girdəni kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1997-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq-tibb fakultəsinin biologiya ixtisasına qəbul olunmuş, 2006-cı ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin magisturatura pilləsi üzrə biologiya istiqamətinin ekologiya ixtisasına qəbul olunmuş, 2008-ci ildə magisturaturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2009-ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun doktoranturasına qəbul olunmuş, 2012-ci ildə doktoranturanı bitirmişdir. Biologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün, elmi dissertasiya müdafiəsinə hazırlaşır. Azərbaycan və xarici elmi nəşrlərdə 20 yə yaxın elmi məqalənin müəllifidir. 2003-2023-cü illərdə M. Bağırov adına Girdəni kənd tam orta məktəbində, eyni zamanda 2009-2020 –ci illərdə Kaspi Lənkəran və Cənub Hazırlıq mərkəzlərində biologiya və kimya müəllimi kimi fəalliyyət göstərmişdir. 2023-2025-ci illərdə Masallı rayon Boradigah qəsəbə N. Gəncəvi adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. 01 sentyabr 2025-ci ildən LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə tədris işləri üzrə direktor müavini işləyir, “Təbiyyat fənləri” FBK-da 0,5 ştat müəllim kimi fəaliyyət göstərir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlilidir 3 övladı var.
email:emilbaki@mail.ru
Əlaqə nömrəsi:050-686-88-01

Kollecin tərbiyə işləri  üzrə direktor müavini Rzayeva Ülviyyə Əlihüseyn qızı.
Rzayeva Ülviyyə Əlihüseyn qızı 1969-cu il may ayının 8-də Lənkəran Şəhərində anadan olmuşdur.1976-cı ildə Lənkəran şəhər 2 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş və 1986-cı ildə həmin məktəbi bitirmişdir.1986-cı il sentyabr ayından,1987-ci il iyun ayına kimi Lənkəran konserv kombinatında fəhlə işləmişdir.1987-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər instituna daxil olmuşdur.1992-ci ildə həmin institun “İngilis və fransız dili müəllimi” ixtisasını bitirmişdir.Həmin il Lənkəran şəhər 7 saylı orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.2000-ci ildən isə əsas müəllim kimi fəaliyyətə başlamışdır.İşlədiyi müddət ərzində kollecin ictimai işlərində fəal iştirak etmişdir.Yapın  üzvüdür.2012-ci ilin oktyabr ayından kollecin tərbiyyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.Kollecin rəhbərliyi tərəfindən 30 dekabr 2012-ci il tarixində “Fəxri Fərmanla” təltif olunmuşdur.

Ailəlidir,iki övladı var.

Kollecin təsərrüfat işləri üzrə direktor müavini Qurbanov Emil Sənan oğlu.
Qurbanov Emil Sənan oğlu 1987-ci il fevralın 14-də Astara rayonunun Tüləguvan kəndində anadan olmuşdur. 1993-cü ildə Astara rayonu Burzubənd kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 2005-ci ildə həmin məktəbi bitirmişdir.
2005-ci ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və texnologiya fakültəsinin “Biznesin təşkili və İdarə edilməsi” ixtisasına daxil olmuş, 2010-cu ildə bitirmişdir.
2011-ci ilin avqust ayından 2013-cü ilin iyul ayına kimi Astara Poçt Filialında Poçt maliyyə xidmətəri üzrə mühəndis vəzifəsində işləmişdir.
2015-ci ilin mart ayından 2018-ci ilin iyul ayına kimi Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsində Mühasib vəzifəsində çalışmışdır.
2018-ci il iyul ayından 2023-cü il fevral ayına kimi Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsində işləmişdir.
2024-cü il iyul ayından Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.