Təbiyyat fənləri
Kollecin “Təbiyyat fənləri” FBK-nın sədri Şahverdiyeva İlahə Ədalət qızı
Şahverdiyeva İlahə Ədalət qızı 1971-ci il yanvarın 21-də Lənkəran rayonunun Mamusta kəndində anadan olmuşdur. 1978-ci ildə Mamusta kənd orta məktəbinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirmişdir. 1989-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun “Kimya-biologiya “ fakultəsinə daxil olmuş, 1994-cü ildə həmin institutu bitirmişdir.
1994-2003-cü illərdə Mamusta kənd orta məktəbində kimya müəllimi işləyib. 2003-cü ildən Lənkəran Dövlət Humanitar Kollecində müəllim işləyib. Hal-hazırda LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Təbiyyat fənləri” FBK-nın sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Kollecin “Təbiyyat fənləri” FBK-nın müəllimi Məlikova Nazlı Qiyas qızı.
Məlikova Nazlı Qiyas qızı 1963 cü ildə Lənkəran şəhərində anadan olmuşdur.1970 -1980-cı illərdə orta təhsil almış 1981 ci ildə Azərbaycan Dövlət pedaqoji institutunun fizika fakültəsinə daxil olmuş 1986 çi ildə bitirmişdir.1986 çi ildə Lənkəran rayon Hirkan qəsəbə orta məktəbində 1990-cı ildən Lənkəran şəhər 7 saylı orta məktəbdə fizika müəllimi işləmişdir.2002 ci ildən LDU nəzdində Sosial və Aqrar texnoloyi kollecdə fizika müəllimi işləyir.
Ailəlidir.1 övladi var.
Kollecin “Təbiyyat fənləri” FBK-nın müəllimi Ələskərova Naibə Həbib qızı
Ələskərova Naibə Həbib qızı 4 sentyabr 1963 -cü ildə Lənkəran şəhərində anadan olub. 1970 ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbin 1- ci sinfinə daxil olnmuş və 1980-ci ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun Biologiya fakultəsinə daxil olub, 1989-cu ildə Ali məktəbi bitirib. 1985 ci ildə Lənkəran şəhər 9 saylı məktəbdə biologiya müəllimi işləyib. 1998 ci ildən indiyə kimi Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə biologiya müəllimi kimi fəaliyyət göstərir.
Ailəlidir, iki övladı var.
Kollecin “Təbiyyat fənləri” FBK-nın müəllimi Kərimova Cəsarət Tahir qızı
Kərimova Cəsarət Tahir qızı 6 yanvar 1963-cü il Lənkəran şəhərində anadan olub. 1970-ci ildə Lənkəran şəhəri 3 saylı orta məktəbə daxil olub, 1980-cı ildə həmin məktəbi bitirib. 1984 cü ildə ADU –nin “Biologiya müəllimliyi” ixtisasına daxil olmuş, 1988-ci ildə bitirmişdir. 1990-cı ildə Lənkəran şəhəri 10 saylı orta məktəbdə biologiya müəllimi kimi fəaliyyətə başlayıb. 2003-cü ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar- Texnoloji Kollecdə müəllim kimi fəaliyyətini davam etdirir
Ailəlidir iki övladı var.
Kollecin “Təbiyyat fənləri” FBK-nın müəllimi Nuriyeva Yeganə Vəliaga qızı
Nuriyeva Yeganə Vəliaga qızı 1963-cü il sentyabr ayının 10-da Lənkəran rayonu Veravul kəndində anadan olub. 1970-ci ildə Lənkaran rayon Veravul kənd orta məktəbinə daxil olmuş, 1980 –ci ildə həmin məktəbi bitirmişdir. 1980-cı ildə Azərbaycan Pedaqoji institutunun “Kimya-Biologiya” fakultəsinə daxil olmuş, 1985-ci ildə bitirmişdir.
1985-ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbində ixtisası üzrə müəllim işləyib. 2004-ci ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə fəaliyyətini davam etdirir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlilir, 4 övladı var.