Pedaqoji Şura
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 2023/2024-cü tədris ilində Pedaqoji Şuranın ilk iclası keçirilib. Kollecin direktoru, Pedaqoji Şuranın sədri Leyla İbrahimova bütün kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırıb.
2023/2024-cü tədris ili üçün ümumi orta və tam orta təhsil bazasından tələbə qəbulu planının icra vəziyyəti haqqında kollecin Tədris şöbəsinin müdiri İlahə Əyyubova məlumat verib. Məlumatda bildirib ki, ÜOTB üzrə boş qalan plan yerlərinə qəbul yekunlaşmış və TOTB-dan kolleclərə qəbul olunmuş tələbələrin online qaydada qeydiyyatı 14-20 sentyabr tarixlərində portal.edu.az saytında başlamışdır.
Kollecdə 2023/2024-cü tədris ilinə hazırlığın vəziyyəti haqqında Tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibi hazırlıq işlərinin uğurla yekunlaşdığını, təhsil müəssisəsinin yeni tədris ilinə tam hazır olduğunu bildirib.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.