Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri
Kollecin Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri Salayev Farid Təhmiraz oğlu.
Salayev Farid Təhmiraz oğlu 1982-ci il oktyabrın 15-də Lənkəran rayonu Türkəkəran kəndində anadan olmuşdur. 1989-ci ildə Lənkəran rayonu türkəkəran kənd ümumi orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1998 ci ildə həmin məktəbin 9-cu sinifini bitirmiş, təhsilini Şürük kənd tam orta məktəbində davam etdirmiş, 2000-ci ildə Şürük kənd tam orta məktəbi bitirmişdir. 2000-2002-ci illərdə Həqiqi hərbi xidmətdə olmuşdur. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” ixtisasına qəbul olunmuş, 2007- ci ildə bitirmişdir.
Pedaqoji fəaliyyətə 2007-ci ildən Lənkəran Dövlət Humanitar Kollecində – hazırda LDU nəzdində Sosial və Aqrar-Texnoloji-Kollecdə “Fiziki tərbiyə” müəllimi kimi başlamış, 2016- ci ildə kollecin Fiziki tərbiyə rəhbəri və 2021 ci ildən Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri olaraq davam etdirməkdədir.
2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2021-ci ildən 76 saylı Lənkəran-Astara seçki dairəsinin 18 saylı məntəqəsinin sədridir.
Əlaqə: faridsalayev151082@gmail.com
Ailəlidir. 2 övladı var.