Kollecdə “Əməyin mühafizəsi” mövzusunda tədbir keçirildi.
16 dekabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Əməyin mühafizəsi” mövzusunda tədbir keçirildi.
Tədbirdə kollecin kadrlar üzrə mütəxəssisi Samirə Axundova, təmir-tikinti və təhlükəsizlik üzrə mühəndis İlqar Cəfərli çıxış edərək işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılmasından, qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsindən, əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsindən, binaların, qurğuların, texnoloji proseslərin və avadanlıqların təhlükəsizliyinə riayət olunmasından, işəgötürən qanunvericilikdə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortalanmasını təmin edilməsindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.