Kollecdə “15 İyun – Milli Qurtuluş Günü” mövzusunda tədbir keçirildi.
13 iyun 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “15 İyun – Milli Qurtuluş Günü” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər “Tarix və sosial fənlər” FBK-nın müəllimləri Ziya Əlinur, Mələk Əhmədzadə, “Humanitar fənlər” FBK-nın sədri Ülkər Bəşirova hər il təntənə ilə qeyd etdiyimiz 15 iyunun xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gün olduğundan, həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilasından, Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlindəki rolundan bəhs edərək bildirdilər ki, Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik qüdrətli ölkə, yüksək intelektual səviyyəsi, müstəqil ölkə kimi tanınması məhz Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin nəticəsidir. Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir ideologiya müəyyənləşdirmişdir ki, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummilli mənafelər çərçivəsində bir araya gəlməsi üçün fundamental baza rolunu oynamışdır.
Sonda “15 İyun – Milli Qurtuluş günü” adlı videoçarx nümayiş olundu.