Kollecdə 15 may – “Beynəlxalq Ailə Günü” ilə əlaqədar tədbir keçirildi.

Kollecdə 15 may – “Beynəlxalq Ailə Günü” ilə əlaqədar tədbir keçirildi.

15 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 15 may – “Beynəlxalq Ailə Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə çıxış edən Kollecin psixoloqu Zülfiyyə Əliyeva ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində ailə dəyərlərin mühüm rolundan, uşaq və gənclərimizin ailə dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasından, sağlam ailə sağlam gələcəyin təminatı olduğunu, ailə institutuna zərər vuran erkən nikahlar, zərərli vərdişlərin yaratdığı mənfi hallar və bu mövzuda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər barədə məlumat verərək bildirdi ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan ailəsini hər zaman diqqət mərkəzində saxlamış, ailə meyarlarına onun öz münasibəti, yanaşması olmuş, milli mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm vermişdir, onun siyasi davamçısı Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlət-ailə siyasəti, ailə dəyərlərinin önəmi bu gün də yüksək qiymətləndirilir.
Sonda “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş videoçarx nümayiş olundu və tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий