Kollecdə 17 Noyabr-Milli Dirçəliş Günü münasibətilə tədbir keçirildi.

Kollecdə 17 Noyabr-Milli Dirçəliş Günü münasibətilə tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 17 Noyabr-Milli Dirçəliş Günü münasibətilə tədbir keçirildi. Tədbirdə “Tarix və sosial fənlər” FBK-nın müəllimi Ziya Əlinur çıxış edərək 17 Noyabr Azərbaycan xalqının milli şüurunun, iradəsinin və birlik ruhunun əbədiləşdiyi Milli Dirçəliş Günündən bəhs etdi. Bildirdi ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Öz haqqı, azadlığı uğrunda mübarizəyə qalxan, torpaqlarına sahib çıxmaq istəyən Azərbaycan xalqı bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün Milli Dirçəliş Günü təkcə bir tarixi hadisəni xatırlatmır, həm də müasir Azərbaycan gəncliyinə birlik, vətənə sevgi, azad düşüncə və milli dəyərlərə sahib çıxmaq kimi mühüm yol göstərir. Xalqımızın iradəsini, birliyini və milli ruhunu təcəssüm etdirən bu gün hər bir vətəndaş üçün qürur və həmrəylik mənbəyidir. Bu mübarizə günündə qəhrəmanlıqları ilə tarix yazan bütün soydaşlarımızı ehtiramla yad edir, Azərbaycan xalqını bu əzəmətli gün münasibətilə təbrik edirik!
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий