Kollecdə “18 oktyabr-Müstəqilliyin bərpası günü” ilə əlaqədar tədbir keçirildi.

Kollecdə  “18 oktyabr-Müstəqilliyin bərpası günü” ilə əlaqədar tədbir  keçirildi.

17 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “18 oktyabr-Müstəqilliyin bərpası günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə “Tarix və sosial fənlər” FBK-nın müəllimi Ziya Əlinur çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Müstəqillik Günü” haqqında yeni qanun qəbul edilmişdir. Həmin Qanunun təsdiqi ilə 18 oktyabr tarixi Dövlət Müstəqilliyi Günü kimi deyil, “Müstəqilliyin Bərpası Günü” kimi qeyd olunmuşdur. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası öz işinə başlamış, dörd gün davam edən intensiv müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilmişdir. Bu sənəd Azərbaycanın dövlət suverenliyinin hüquqi əsasını müəyyən etmiş və milli dövlətçiliyin bərpasını rəsmiləşdirmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ölkəmizə yeni can verən Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər Heydər Əliyevin bu arzusunu onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Dövlətimizin başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Добавить комментарий