Kollecdə “20 yanvar Qan yaddaşımızdır” mövzusunda tədbir keçirildi.

Kollecdə  “20  yanvar  Qan yaddaşımızdır” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “20 yanvar Qan yaddaşımızdır” mövzusunda tədbir keçirildi. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu qeyd etdi. Çıxış edənlərdən “Tarix və sosial fənnlər ” FBK–nın müəllimi Mələk Əhmədzadə, Günəş Salayeva Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini eləcə də milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdilər. Tədbirin sonunda “20 yanvar Qan yaddaşımızdır” mövzusunda videoçarx nümayiş olundu.

Добавить комментарий