Kollecdə “20 Yanvar qürur və qəhrəmanlıq tariximiz” adlı xüsusi dərs keçirildi.
     17 yanvar 2025-ci il tarixində  Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə  “20 Yanvar qürur və qəhrəmanlıq tariximiz” adlı  Günel  Abdullayevanın  xüsusi  dərsi  keçirildi. Günel Abdullayeva  Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən,  bu qanlı hadisənin tariximizdə buraxdığı izlərdən,  xalqın azadlıq mübarizəsindən  bəhs edərək tələbələri
maraqlandıran sualları cavablandırdı.


 
				 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	