Kollecdə “20 Yanvar xalqımızın qan yaddaşıdır” mövzusunda xüsusi dərs keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “20 Yanvar xalqımızın qan yaddaşıdır” mövzusunda xüsusi dərs keçirildi. “Tarix və sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva çıxışında Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrdən, millətin azadlıq səsini ucaltdığından, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyindən bəhs etdi. Sonda kollecin “İnstrumental ifaçılıq (Fortepiano və Xalq Çalğı Alətlər)” FBK -nın sədri İlqar Əliyev 20 yanvara həsr olunmuş kompozisiya səsləndirdi.