Kollecdə 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sеssiyаsına start verildi.
 Lənkəran   Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sеssiyаsına start verildi. İmtahan başlamamışdan öncə Kollecin direktoru Leyla İbrahimova imtahan keçirən auditoriyalarda  tələbələrlə görüşüb və onlara uğurlar arzulayıb.
     Məlumat üçün bildiririk ki,  2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sеssiyаsı Kollec üzrə 06 may  2024-cü il tarixli 02/128 nömrəli əmrə və Elm və Təhsil Nazirliyinin  27 may 2024-cü il   3-29/3-2-302F/2024 nömrəli əmrinə  əsasən təşkili 1 və 3 nömrəli  tədris korpuslarında təşkil olunmuşdur.  2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə tədris qrupları üçün 03.06.2024-cü il tarixindən 04.07.2024-cü il tarixinədək, qiyаbi təhsilalma forması üzrə tədris qrupları üçün 04.06.2024-cü il tarixindən 08.06.2024-cü il tarixinədək olan müddətdə  təsdiq olunmuş imtahan cədvəllərinə əsasən əyani formada keçiriləcəkdir.
     Kollec üzrə 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasında əyani təhsilalma forması üzrə 20 ixtisas üzrə (Sosial şöbə 6, Aqrar və texnoloji şöbə 14), 23 qrupda (Sosial şöbə 9, Aqrar və texnoloji şöbə 14) 388 tələbə (Sosial şöbə 92, Aqrar və texnoloji şöbə 296) 132 fəndən (Sosial şöbə 49, Aqrar və texnoloji şöbə 83), qiyabi təhsilalma forması üzrə 3 ixtisas üzrə 4 qrupda 48 tələbə 17 fəndən imtahanlarda iştirak edəcəklər.
     Ümumilikdə Kollec üzrə 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasında əyani və qiyabi təhsilalma formaları üzrə 20  ixtisas üzrə 27 qrupda 436 tələbə 149 fəndən imtahanlarda iştirak edəcəklər.
     Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin mövcud qaydada araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə  Operativ Qərargah  və Apellyasiya Komissiyası yaradılmış,  xüsusi otaqlar ayrılmışdır.
     Qeyd edək ki, imtahan nəticələri operativ olaraq Kollecin  saytında (www.ldhk.edu.az) yerləşdiriləcək.
     Tələbələrimizə uğurlar arzulayırıq!


 
				 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	