Kollecdə 2024/2025-ci tədris ilində Pedaqoji Şuranın ilk iclası keçirildi.

Kollecdə 2024/2025-ci  tədris ilində Pedaqoji Şuranın ilk iclası keçirildi.

9 sentyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 2024/2025-ci tədris ilində Pedaqoji Şuranın ilk iclası keçirildi. Kollecin direktoru, Pedaqoji Şuranın sədri Leyla İbrahimova iclası açaraq yeni tədris ilinin başlanması münasibətilə bütün kollektivi təbrik etdi və gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.
Pedaqoji Şurada “2024/2025-ci tədris ili üçün ümumi orta və tam orta təhsil bazasından tələbə qəbulu planının icra vəziyyəti” haqqında Kollecin tədris şöbəsinin müdiri İlahə Əyyubova məlumat verdi.
“2024/2025-ci tədris ilinə hazırlığın vəziyyəti” haqqında tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibinin hesabatı dinlənildi.
“2023/2024-cü tədris ilinin yay semestrinin gedişi və nəticələri” haqqında Sənubər Əşrəfbəyli məlumat verdi.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu.

Добавить комментарий