Kollecdə 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sеssiyаsına start verilib.
6 yanvar 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sеssiyаsına start verilib. Kollecin direktoru Leyla İbrahimova imtahan keçirən auditoriyalarda tələbələrlə görüşüb və onlara uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, imtahan kollecin 1 saylı və 3 saylı tədris binasında keçirilir. İmtahanlarda əyani təhsilalma forması üzrə Aqrar və texnoloji şöbədə 25 qrup 13 ixtisasda 535 tələbə 146 imtahanda, Sosial şöbədə 19 qrup 9 ixtisasda 275 tələbə 98 imtahanda iştirak edəcəkdir. Ümumilikdə kollec üzrə əyani təhsilalma forması üzrə 44 qrup 21 ixtisada 810 tələbə 244 imtahanda iştirak edəcəkdir. Qiyabi təhsilalma formasında yalnız Aqrar və texnoloji şöbədə olmaqla 3 qrup 2 ixtisasda 39 tələbə 12 imtahanda iştirak edəcəkdir.
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin mövcud qaydada araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə Operativ Qərargah və Apellyasiya Komissiyası yaradılmış, xüsusi otaqlar ayrılmışdır.
Qeyd edək ki, imtahan nəticələri mütəmadi olaraq Kollecin saytında (www.ldhk.edu.az) yerləşdiriləcək.
Tələbələrimizə uğurlar arzulayırıq!