Kollecdə 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sеssiyаsına start verilib.

Kollecdə 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sеssiyаsına start verilib.

2 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sеssiyаsına start verilib. Imtahandan əvvəl Kollecin direktoru Leyla İbrahimova imtahan keçirən auditoriyalarda tələbələrlə görüşüb və onlara uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, 02/118 nömrəli 01 may 2025-ci il tarixli əmrlə kollec üzrə yaz semestrinin imtahan sessiyası 02.06.2025-ci il tarixindən 04.07.2025-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə 02.06.2025-ci il tarixindən 10.06.2025-ci tarixinədək keçirilməsi nəzərdə tutulmuşdur. İmtahanlar müddətində yarana biləcək narazılıqların və şikayətlərin mövcud qaydada araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə Operativ Qərargah və Apellyasiya Komissiyası fəaliyyət göstərəcəkdir.
Qeyd edək ki, imtahan nəticələri mütəmadi olaraq Kollecin saytında (www.ldhk.edu.az) yerləşdiriləcək.
Tələbələrimizə uğurlar arzulayırıq!

Добавить комментарий