Kollecdə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sеssiyаsına start verilib.

Kollecdə 2025/2026-cı tədris ilinin payız  semestrinin imtahan sеssiyаsına start verilib.

5 yanvar 2026-cı il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sеssiyаsına start verilib. Imtahandan əvvəl Kollecin direktoru Leyla İbrahimova imtahan keçirən auditoriyalarda tələbələrlə görüşüb və onlara uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, kollec üzrə payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə 5 həftə müddətinədək, qiyabi təhsilalma forması üzrə 12.01.2026-cı il tarixindən 17.01.2026-ci tarixinədək keçirilməsi nəzərdə tutulmuşdur. Sessiya müddətində yarana biləcək narazılıqların və şikayətlərin mövcud qaydada araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyası fəaliyyət göstərəcəkdir.
Qeyd edək ki, imtahan nəticələri mütəmadi olaraq Kollecin saytında (www.ldhk.edu.az) yerləşdiriləcək.
Tələbələrimizə uğurlar arzulayırıq!

Добавить комментарий