Kollecdə “Ailə dəyərləri və ənənələrinin təbliği” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq “Ailə dəyərləri və ənənələrinin təbliği” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Humanitar fənlər” FBK-nın müəllimi Nahidə Cəfərova cəmiyyətin əsas sütunu olan ailədən, milli-mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rolundan, nəsildən-nəsilə keçən dəyərli ənənələrimizdən, ailə institutunun mahiyyətindən, böyüklərə hörmət, ənənələrə sədaqətin vacibliyindən bəhs edərək bildirdi ki, Azərbaycanda dövlət ailə siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndər ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir, bu siyasət bu gün də dövlət siyasətinin əsas prioritetlərindəndir.
Sonda “Ailə dəyərləri və ənənələrinin təbliği” mövzusunda videoçarx nümayiş olundu və tələbələri maraqlandıran suallar cavablandırıldı.