Kollecdə “Ailə, qadın, uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda tədbir keçirildi.
3 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Ailə, qadın, uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda “Tarix və sosial fənlər” FBK-nın müəllimi Ziya Əlinur tərəfindən tədbir keçirildi. Tədbirdə çıxış edən Ziya Əlinur ailə, qadın və uşaq hüquqlarının təmini və qorunmasının demokratik cəmiyyətin əsas göstərici olmasından, ailə dəyərlərinin möhkəmləndirilməsinin, ailənin sosial-iqtisadi rifahının təmin olunmasının, ailədaxili sağlam mənəvi mühitin formalaşmasının cəmiyyətin inkişafında mühüm rolundan, beynəlxalq təşkilatların konvensiya və qərarlarından, ölkəmizdə dövlət səviyyəsində qəbul edilən qanunlardan bəhs edərək bildirdi ki, bu gün qadın hüquqlarının təmin edilməsinə, onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində böyük dəstək verilir, həmçinin ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, uşaqların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Sonda “Ailə, qadın, uşaq hüquqları” mövzusunda videoçarx nümayiş olundu və tələbələri maraqlandıran suallar cavablandırıldı.