Kollecdə “Anım günü”nə həsr olunmuş dəyirmi masa təşkil olundu.

Kollecdə “Anım günü”nə həsr olunmuş dəyirmi masa təşkil olundu.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Anım günü”nə həsr olunmuş dəyirmi masa təşkil olundu. Tədbirdə çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimləri Mehman Kərimov (Şəhidlərimizi unutmuruq), Günel Əliyeva (27 sentyabr anım günü qürur mənbəyimizdir), Payızgül Baxşızadə (2-ci Qarabağ müharibəsində xalqın birliyi) bildirdilər ki, 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Добавить комментарий