Kollecdə “Anım günü”nə həsr olunmuş “Vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə” mövzusunda tədbir keçirildi.
24 sentyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Anım günü”nə həsr olunmuş “Vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri Farid Salayev gənclərin vətənpərvər ruhda tərbiyə olunmasından, müzəffər ordumuzun gücündən, xalqımızın həmrəyliyi, vətənpərvər gənclərimizin şücaəti ilə qazanılan qalibiyyətimizdən bəhs edərək bildirdi ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmışdır. Ümummmilli Liderimiz Heydər Əliyev öz siyasətində yeniyetmə və gənclərə daim qayğı göstərmiş, Respublikaya rəhbərlik etdiyi dövrlərdə yeniyetmə və gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu ənənə ölkə başçımız cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən bu gün də uğurla davam etdirilir.
Sonda “Vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə” mövzusunda videoçarx nümayiş olundu.