Kollecdə “Azərbaycan dili milli varlığımız”dır mövzusunda dəyirmi masa keçirildi.
   12 iyun  2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji  Kollecdə “Humanitar fənlər” FBK  tərəfindən dəyirmi masa keçirildi. “Humanitar fənlər” FBK–nın müəllimi Nuranə Əskərova çıxışında bildirdi ki,  Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.  İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalqın əyilməz, ölməz, böyük gələcəyə malik olduğundan bəhs edərək  tələbələrə dilimizi sevməyi, onu layiqli şəkildə qoruyub gələcək nəsillərə ötürməyi tövsiyyə etdi.
   Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.


 
				 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	