Kollecdə “Azərbaycan dili və ədəbiyyatının beynəlxalq aləmdə inteqrasiyası və təbliği” mövzusunda tədbir keçirildi.

Kollecdə “Azərbaycan dili və ədəbiyyatının beynəlxalq aləmdə inteqrasiyası və təbliği” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Azərbaycan dili və ədəbiyyatının beynəlxalq aləmdə inteqrasiyası və təbliği” mövzusunda tədbir keçirildi. Tədbirdə “Humanitar fənlər” FBK-nın müəllimi Səidə Kazımova Azərbaycan dilinin qədim və zəngin tarixindən, özünəməxsus qrammatik quruluşundan, ana dilinin inkişafında bədii ədəbiyyatın rolundan, söz ustadlarının dilimizə verdiyi dəyərdən, zəngin fikir ifadəetmə imkanlarından söhbət açaraq, Ümummilli Lider Heydər Əliyevin dilimizə qayğısından, ölkə başçısı İlham Əliyevin ana dilimizin inkişafında uğurlu fəaliyyət istiqamətindən bəhs etdi.

Добавить комментарий