Kollecdə “Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsi” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə “Humanitar fənlər” FBK-nın müəllimi Aytəkin Ağazadə Azərbaycan dilinin müxtəlif dialekt və şivələrindən, dilimizdəki bu söz qrupunu ayrıca öyrənən elm sahəsi olan “Dialektologiya”dan, bu elmin əsasını təşkil edən şivə, şivələr qrupu, ləhcə, dialekt və keçid dialekt anlayışlarından, həmçinin bu anlayışların bir-birindən fərqlənən xüsusiyyətlərindən, dialekt və şivələrin dildəki yeri, ədəbi dillə əlaqəsi və bu söz qrupunun dilimizin özünəməxsusluğundakı önəmindən, eləcə də müasir dövrün tələblərinə uyğun olaraq öyrənilmə metodlarından bəhs etdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

