Kollecdə “Azərbaycan Respublikasının İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinə dair 2023-2027-ci illər üçün Strategiyası”nın Tədbirlər planına uyğun olaraq “Uşaqların internet təhlükəsizliyi” adlı tədbir keçirildi.
3 mart 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Azərbaycan Respublikasının İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinə dair 2023-2027-ci illər üçün Strategiyası”nın Tədbirlər planına uyğun olaraq “Uşaqların internet təhlükəsizliyi” adlı tədbir keçirildi. Tədbirdə “İKT və incəsənət fənləri” FBK-nın müəllimi Nəsibə Hüseynzadə informasiya risklərini azaldaraq onu qorumaq təcrübəsindən, verilənlərə icazəsiz və ya qeyri-münasib formada girişindən, onlardan qeyri-qanuni istifadənin, informasiyanın açıqlanmasının, pozulmasının, silinməsinin, dəyişdirilməsinin, qeydə alınmasının və ya dəyərsizləşdirilməsinin qarşısının alınmasından, kibertəhlükəsizlik və kiber təhdidlərdən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.