Kollecdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 02 iyun 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən ədəbi-bədii gecə keçirildi. Tədbirdə “Humanitar fənlər” FBK-nın müəllimi Aytəkin Ağazadə Azərbacanın xalq şairi Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığından söz açaraq tələbələrə bu istiqamətdə geniş məlumat verdi.
Sonra “Qida məhsullarə təhlükəsizliyi” ixtisasının I kurs tələbələrindən Ağayeva Nurgün (Axı biz neyləmişdik), Əbilzadə Jalə (Şəhidlər), Şükürova Ramilə (O gecə), Qurbanova Səkinə (Özümdən narazıyam) şairin yaradıcılığından seçilmiş şeirləri səsləndirdilər.
Tədbir tələbələrdə xalq şairimizin vətənpərvərlik ruhunu və milli dəyərlərə sevgi hissini daha da gücləndirdi.

