Kollecdə “Bəxtiyar Vahabzadənin yaradıcılığında şəhidlik zirvəsi” mövzusunda inşa müsabiqəsi keçirildi.

Kollecdə “Bəxtiyar Vahabzadənin yaradıcılığında şəhidlik zirvəsi” mövzusunda  inşa müsabiqəsi keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadənin yaradıcılığında şəhidlik zirvəsi” mövzusunda inşa müsabiqəsi keçirildi. Müsabiqədə “Humanitar fənlər” FBK-nın müəllimi Aytəkin Ağazadə Azərbacanın xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında geniş əksini tapmış vətən, vətəndaşlıq, şəhidlik, mübarizlik motivlərdən bəhs etdi. Bildirildi ki, böyük vətənpərvər, vətəndaş-şair kimi tanınan Bəxtiyar Vahabzadə poeziyasında “şəhidlik” anlayışı mənəvi ucalığın və vətən sevgisinin ən ali zirvəsi kimi təqdim olunur. Şair haqqında tələbələrə məlumat verildikdən sonra “Kitabxana işi” ixtisasının I tədris ili tələbələri “Bəxtiyar Vahabzadə yaradıcılığında şəhidlik zirvəsi” mövzusunda yazdıqları inşaları səsləndirdilər. Müsabiqədə münsiflər heyəti tərəfindən tələbələrin inşa işləri qiymətləndirildi, 1-ci yerin qalibi Məmmədli Nigar, 2-ci yerin qalibi Bəşirova Fidan, 3-cü yerin qalibi Abbaszadə Zeynəb oldular.

Добавить комментарий