Kollecdə COP29 ilə əlaqədar “Yaşıl maliyyə konsepti və investisiya qərarlarının ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafa təsiri” mövzusunda dəyirmi masa keçirildi.

Kollecdə COP29 ilə əlaqədar “Yaşıl maliyyə konsepti və investisiya qərarlarının ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafa təsiri” mövzusunda dəyirmi masa keçirildi.

15 avqust 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İqtisadiyyat fənləri” FBK-nın müəllimi Zəka Mehrəliyev tərəfindən COP29 ilə əlaqədar “Yaşıl maliyyə konsepti və investisiya qərarlarının ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafa təsiri” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə çıxış edən Zəka Mehrəliyev müasir dövrdə yaşıl maliyyənin populyarlığının artdığından, bir çox ölkələrin yaşıl maliyyə təşəbbüslərini dəstəkləyən qanunvericilik və tənzimləmə çərçivələri qəbul etməsindən, bu təşəbbüslərin yaşıl maliyyə bazarının inkişafını sürətləndirməsindən, yaşıl obliqasiyalar və yaşıl sərmayə fondları, ətraf mühitin qorunması və dayanıqlı inkişaf məqsədilə nəzərdə tutulmuş maliyyə vasitələrindən bəhs edərək bildirdi ki, yaşıl maliyyə çevrə mühafizəsi və iqtisadi inkişaf arasında balans yaradaraq dayanıqlı gələcəyin qurulmasına dəstək olur, bu yanaşma maliyyə sektoru tərəfindən ətraf mühitin qorunması məqsədilə atılan addımları təşviq edir və investorlara daha məsuliyyətli maliyyə qərarları qəbul etməyə kömək edir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий