Kollecdə “COP29”-la bağlı açıq dərs keçirildi.

Kollecdə “COP29”-la bağlı  açıq dərs keçirildi.


14 oktyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “COP29”-la bağlı “Tarix və sosial fənlər” FBK-nın müəllimi Günəş Salayevanın açıq dərsi keçirildi. Açıq dərsdə çıxış edən Günəş Salayeva Azərbaycanın COP29-un ev sahibi olaraq iqlim yönümlü, bərabər və dayanıqlı gələcəyə nail olunması istiqamətində aparıcı rolundan, ölkəmiz tərəfindən iqlim dəyişikliyinin təsirləri ilə milli, regional və qlobal səviyyələrdə mübarizə istiqamətində göstərilən səylərdən, BMT təsisatları ilə iqlim dəyişikliyi sahəsində əməkdaşlığın vacibliyindən, iqtisadi fəaliyyətlərin inkişafında ətraf mühit amillərinin təşviqi sahəsində görülən işlərdən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий