Kollecdə “COP29-un uğurlu nəticələri” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Asiya Quluzadə tərəfindən “COP29-un uğurlu nəticələri” mövzusunda tədbir keçirildi. Tədbirdə Asiya Quluzadə Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29-un həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir olduğundan və iqlim dəyişiklikləri ilə mübarizəyə önəmli töhfələrindən, COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi adlandırıldığından, regionda ilk dəfə keçirilən uğurlu bir platforma olaraq tarixə daha bir əlamətdar hadisənin salnaməsi kimi yazıldığından bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.