Kollecdə “COP29-un yekunları” mövzusunda seminar keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Tarix və Sosial fənlər” FBK-nın müəllimi Günəş Salayeva tərəfindən “COP29-un yekunları” mövzusunda seminar keçirildi. Tədbirdə çıxış edən Günəş Salayeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarların Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirmək, iki həftə dünyanın ekoloji mərkəzinə çevrilən Azərbaycanın təkcə yaşıl enerjiyə keçid deyil, bütün sahələrdə malik olduğu imkanlarını təqdim etmək üçün böyük fürsət olduğunu bildirdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.