Kollecdə “Dayanıqlı şəhər modeli” mövzusunda seminar keçirildi.

Kollecdə “Dayanıqlı şəhər modeli” mövzusunda seminar keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar “Dayanıqlı şəhər modeli” mövzusunda seminar keçirildi. Seminarda çıxış edən “Riyaziyyat və informatika” FBK-nın müəllimi Sevinc Yoldaşlı müasir şəhərsalma prinsiplərindən, dayanıqlı urbanizasiyadan, ekoloji tarazlığın qorunmasından, şəhər anlayışının mahiyyətindən, şəhərlərdə resurslardan səmərəli istifadə, yaşıl iqtisadiyyatın tətbiqi, alternativ enerji mənbələrinin rolu və ağıllı infrastruktur sistemlərinin əhəmiyyətindən bəhs etdi. Bildirildi ki, müasir şəhərlərin inkişafı yalnız tikinti və infrastruktur layihələri ilə məhdudlaşmamalı, eyni zamanda sosial rifahın yüksəldilməsi, ətraf mühitin qorunması və innovativ texnologiyaların tətbiqi ilə paralel şəkildə həyata keçirilməlidir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий