Kollecdə “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda tədbir keçirildi.

Kollecdə  “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Təbiyyat fənləri” FBK-nın müəllimi Yeganə Nuriyeva uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında oğlan uşağına verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasından, selektiv abortların anaların sağlamlığı və demoqrafik balansın pozulmasına, milli genofondumuza olan mənfi təsirlərindən, eyni zamanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında məlumat verərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Sonda “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda maarifləndirici videoçarx nümayiş olundu.

Добавить комментарий