Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması və tətbiqi” mövzusunda tədbir keçirildi.

Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması və tətbiqi” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması və tətbiqi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev əmək bazarındakı dəyişikliklərin izlənilməsindən, işçi qüvvəsinə olan tələbatın düzgün qiymətləndirilməsi və gələcək proqnozların hazırlanması istiqamətində müasir metodların tətbiqindən, məzun izləmə sistemindən, işəgötürənlərlə əməkdaşlıqdan, tədris proqramlarının yenilənməsindən, əmək bazarının rəqəmsallaşdırılması, rəqəmsal platformaların bu prosesdə rolundan, məlumat mübadiləsinin gücləndirilməsi və işçi qüvvəsinin bacarıqlarının bazar tələblərinə uyğunlaşdırılması ilə bağlı birgə fəaliyyətin vacibliyindən bəhs etdi.
Sonda tədbir iştirakşılarını maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий