Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Çayçılıq” mövzusunda tədbir keçirildi.
26 sentyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Çayçılıq” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Nahid Əzizli çayçılığın inkişafından, növündən, faydalarından, tarixi və mədəni əhəmiyyətini tanıtmaqdan, çayçılıqla məşğul olan fermerlər və istehsalçılar arasında təcrübə mübadiləsindən, çayın yetişdirilməsinə təsir edən əsas faktorlardan, yerli çay məhsullarının təbliğindən, Lənkəran rayonunun çayçılıq ənənələrindən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.