Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Hərbi münaqişələr və abidələrin qorunması” mövzusunda tədbir keçirildi.

Kollecdə Dövlət proqramlarına uyğun olaraq  “Hərbi münaqişələr və abidələrin   qorunması” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Hərbi münaqişələr və abidələrin qorunması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər- Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Farid Salayev, “Tarix və sosial fənlər ”FBK-nın müəllimi Ayla Nəzirli dünya müharibələrinin mədəniyyət abidələrinə vurduğu zərərlərdən, II dünya müharibəsinin mədəni irsə təsirindən, Qarabağ münaqişəsi nəticəsində zərər görən abidələrimizdən, azadlıqdan sonra bərpa işlərindən, müasir dövrdə abidələrin qorunması istiqamətində görülən tədbirlərdən bəhs etdilər. Bildirildi ki, hər bir xalqın tarixi və kimliyini yaşadan ən vacib amillərdən biri onun mədəniyyət abidələri və mədəni irsidir, gənc nəsil milli-mənəvi dəyərlərimizi, mədəni irsimizi və tarixi yaddaşımızı qorumaqda fəal mövqe sərgiləməli, hər bir Azərbaycan vətəndaşı bu işdə öz töhfəsini verməlidir.
Sonda tələbələri maraqlandıran sualları cavablandırdılar.

Добавить комментарий