Kollecdə Dövlət proqramlarına uyğun olaraq “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin tədris prosesinə cəlb olunması və tələbələrin təcrübə keçmələrinə şəraitin yaradılmasını təmin etmək” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin tədris prosesinə cəlb olunması və tələbələrin təcrübə keçmələrinə şəraitin yaradılmasını təmin etmək” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Riyaziyyat və informatika” FBK-nın müəllimi Aygün Həsənzadə informasiya texnologiyalarının sürətli inkişafından, rəqəmsallaşmanın həyatın bütün sahələrinə nüfuz etməsindən, rəqəmsal mühitdə fərdi və korporativ məlumatların qorunmasından, kiberhücumların növləri və onların qarşısının alınması yollarından, informasiya təhlükəsizliyinin hüquqi və texniki aspektlərindən, sahə üzrə mövcud çağırışlar və gələcək karyera perspektivlərindən, tələbələrin sahə üzrə praktiki bacarıqlar əldə etmələri üçün təcrübə imkanlarının yaradılması, eləcə də təhsil müəssisələri ilə sənaye sektoru arasında əlaqələrin gücləndirilməsindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.