Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Müəllim fəaliyyətinin monitorinqi üzrə göstəricilər sisteminin hazırlanması və tətbiqi” mövzusunda tədbir keçirildi.

Kollecdə Dövlət proqramlarına uyğun olaraq  “Müəllim fəaliyyətinin monitorinqi üzrə göstəricilər sisteminin hazırlanması və tətbiqi” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Müəllim fəaliyyətinin monitorinqi üzrə göstəricilər sisteminin hazırlanması və tətbiqi” mövzusunda təlim texnologiyalarının tətbiqi və qiymətləndirilmə şöbəsinin müdiri Həbib Həbibi tərəfindən tədbir keçirildi. Tədbirdə çıxış edələr tədris işləri üzrə direktor müavini Emil Vahabov, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, Həbib Həbibi mövzunun məqsədindən, monitorinq sisteminin mahiyyətindən, göstəricilər sisteminin strukturundan, monitorinq mexanizmi və mərhələlərindən bəhs etdilər. Bildirdilər ki, müəllim fəaliyyətinin monitorinqi üzrə göstəricilər sisteminin tətbiqi pedaqoji prosesdə keyfiyyətin, məsuliyyətin və inkişaf mədəniyyətinin institusionallaşmasına, təhsil sisteminin dayanıqlı inkişafının elmi əsaslarla idarə edilməsinə, eləcə də onun struktur və funksional səmərəliliyinin artırılmasına xidmət edən mühüm amillərdən biridir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий