Kollecdə Dövlət proqramlarına uyğun olaraq tədbir keçirildi.
18 noyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə kadrlar üzrə mütəxəssis Samirə Axundova tərəfindən “Dövlət müəssisələrində işə qəbul prosedurlarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Samirə Axundova əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər, işçilərin işsiz və işaxtaranların insan resursları ilə işin təşkilindən, şəffaflığın təmin edilməsinə zəmin yaradan elekton platformadan, ƏMAS işçilərlə işəgötürənlər arasında elektron əmək müqavilələrin bağlanmasının rəqəmsal kadr uçot sisteminin yaradılmasından, əməyin təşkilindən, hesablanmasından, ödənilməsindən, həmçinin kollecdə işə qəbul prosedurundan və bu sahədə həyata keçirilən şəffaflıqdan bəhs etdi. Bildirdi ki, işsiz və işaxtaranlarla yanaşı işəqəbulolunanların da şəxsi kabineti formalaşır, işə qəbul olunmuş şəxs öz kabinetində onunla bağlanmış əmək müqavilələrini, əmək fəaliyyəti haqqında məlumatları, aidiyyatı əmrləri görə bilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

