Kollecdə Dövlət proqramlarına uyğun olaraq tədbir keçirildi.

Kollecdə Dövlət proqramlarına uyğun olaraq tədbir keçirildi.

18 noyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə baş mühasib Vasif İsayev tərəfindən “Şəffaflığın artırılması məqsədilə dövlət xidmətlərinin göstərilməsi üçün tələb olunan sənədlər” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Vasif İsayev Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Vəsaitlərinin xərclərinin şəffaf aparılması məqsədilə Dövlət Xəzinədarlığı Agentliyi Xəzinədarlıq İnformasiya İdarəetmə portalının yaradılmasından, fəaliyyət prinsiplərindən, dövlət xidmətləri zamanı tələb olunan sənədlər, onların düzgün hazırlanması, elektron hökumət portalının imkanları və rəqəmsal xidmətlərin üstünlüklərindən bəhs etdi. Bildirdi ki, Dövlət Xəzinədarlığı Agentliyinin Xəzinədarlıq İnformasiya İdarəetmə portalı vasitəsilə bütün maliyyə əməliyyatlarının elektron şəkildə izlənilməsi idarəetmədə operativliyi artırır, məsul şəxslərə prosesləri daha çevik şəkildə nəzarətdə saxlamağa imkan verir. Bu cür sistemlərin tətbiqi yalnız şəffaflığı təmin etmir, eyni zamanda hesabatlılıq mexanizmlərini gücləndirərək dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə şərait yaradır.
Sonda tələbələri maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий