Kollecdə “Elmlə yaşayan kənd təsərrüfatı” mövzusunda konfrans keçirildi.
4 dekabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “5 dekabr Ümümdünya torpaq günü” münasibətilə “Elmlə yaşayan kənd təsərrüfatı” mövzusunda konfrans keçirildi. Konfransda “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimləri-Nahid Əzizli (Ümümdünya torpaq günü), Rahilə Əhədova (Torpaq mikroflorasının formalaşmasına və inkişafına mühit faktorlarının təsiri), Mirimran Mehtizadə (Meşə zolaqlarının torpaq eroziyasının azaldılmasında rolu və effektivliyi), “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasının III tədris ili tələbələri-Mərziyə Ələsgərli (Eroziya və iqlim dəyişmələri: yeni baxışlar), Nuray Əliyeva (Ağıllı kənd təsərrüfatı və torpaq məlumat sistemləri), Nazilə Hüseynli (Eroziya proseslərinin qarşısının alınmasında elmi və innovativ üsullar), Xədicə Rəhimli (Torpaq münbitliyinin qorunmasında müasir elmi yanaşmalar), “Aqronomluq” ixtisasının II tədris ili tələbələri- Aytən Məmmədli (İqlim dəyişmələri şəraitində torpaq resurslarının idarə edilməsi), Fidan Alışova (Su ehtiyatlarının səmərəli istifadəsi və torpaqların mühafizəsi), Nurtac Əlizadə (Hidroponika və aeroponika texnologiyalarının torpaqlara təsiri) çıxış edərək Ümumdünya Torpaq Gününün önəmindən, torpağın əhəmiyyətindən, ətraf mühitin qorunması və kənd təsərrüfatı məhsuldarlığının artırılması üçün həyati əhəmiyyət kəsb etdiyindən, ətraf mühitə təsirindən, meşəliklərin və bitki örtüyünün artırılmasından, torpağın qorunması və bərpası üçün beynəlxalq səviyyədə tədbirlərin keçirilməsinin vacibliydən bəhs etdilər.
Tələbələrin “Ümümdünya torpaq günü” münasibətilə hazırladıqları videoçarx nümayiş olundu.
Sonda konfransda çıxış edənlər sertifikatla təltif olundular.

