Kollecdə “Erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda tədbir keçirildi.

Kollecdə “Erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “Erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Təbiyyat fənləri” FBK-nın müəllimi Əminə Cəfərzadə erkən və qohumlar arasında nikahın fəsadlarından, qohum evliliyinin səbəb olduğu ağır nəticələr və bu problemlərin gənc nəsil üçün yaratdığı təhlükələrdən, gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən, fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsirindən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktorlardan, erkən nikahın qarşısının alınması üçün əsas məqamlardan, bu sosial problemin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin aparılmasının zəruriliyindən bəhs etdi. Bildirildii ki, son dövrdə Ailə Məcəlləsinə edilən dəyişiklik bu sahədə vacib addımlardan olacaqdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı və “Erkən nikaha yox deyək” mövzusunda videoçarx nümayiş olundu.

Добавить комментарий