Kollecdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirildi.
14 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin nümayəndələri tərəfindən “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər- Maarifləndirmə sektorunun baş məsləhətçisi Qadir Kazımov (Çimərlikdə təhlükəsizlik qaydaları, İldırım, 112 qaynar xətti, Sel və daşqın), ərazi orqanları ilə iş şöbəsinin baş zabiti, d/x baş leytenantı Tural Camalzadə (Dəm qazı), Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsininn zabiti, baş leytenant Murad Babayev (Zəlzələ), Cənub Regional DYNi-nin DYNŞ-nin inspektoru, d/x kapitanı Murad Əbilov (Məişətdə yanğın zamanı davranış qaydaları və odsöndürücü balondan istifadə qaydaları) fövqəladə hallar, onların təsnifatı və xüsusiyyətlərindən, fövqəladə hal baş verdikdə insanların davranışından, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsindən, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasından, ehtiyat çıxış qapılarının daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasından, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmanın vacibliyi barədə məlumat verdilər.
Tədbir zamanı fövqəladə hadisələrə həsr olunmuş maarifləndirici video çarxlar nümayiş olunaraq iştirakçıları maraqlandıran sualları cavablandırdılar.