Kollecdə “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər “Tarix və sosial fənlər” FBK-nın müəllimi Mələk Əhmədzadə, kadrlar üzrə mütəxəssis Samirə Axundova insan alverinin insan hüquq və azadlıqlarına qarşı törədilən ən ağır və təhlükəli cinayət olduğundan, bu cinayətin insanların aldadılmaq, zor tətbiq olunmaq və ya asılı vəziyyətə salınmaq yolu ilə istismar edilməsindən, maddi gəlir əldə etmək üçün insanların məcburi əməyə, cinsi istismara, dilənçiliyə və digər qeyri-qanuni fəaliyyətlərə cəlb edilməsindən bəhs edərək bildirdilər ki, insan alveri və məcburi əmək cinayətlərinin qarşısının alınmasında maarifləndirmə mühüm rol oynayır, xüsusilə gənclərin bu sahədə məlumatlı olması onların riskli hallardan qorunmasına kömək edir, hər bir vətəndaş bu cür hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat verməli, cəmiyyət olaraq insan alverinə qarşı mübarizədə fəal mövqe nümayiş etdirilməlidir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı, maarifləndirici tədbirin qiymətləndirilməsi məqsədilə sorğu keçirildi.

