Kollecdə “İnsan hüquq və azadlıqlarının inkişafına tarixi baxış:əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirildi.
15 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İnsan hüquq və azadlıqlarının inkişafına tarixi baxış:əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimi Ziya Əlinur gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliğindən, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə həyata keçirən tədbir və islahatlardan, vətəndaşın hüquq və azadlıqlarından, dövlətin hüquqlarımızı qorunması siyasətindən, gender bərabərliyindən və qadın hüquqlarından, yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etməkdən bəhs edərək bildirdi ki, insan hüquqları haqqında öhdəliklərə riayət etmək və beynəlxalq səviyyədə dəstək göstərmək ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Sonda tələbələri maraqlandıran sualları cavablandırdı.