Kollecdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin hüquqşünas vəzifəsini icra edən Nərmin Əfəndiyevanın iştirakı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirildi. Tədbirdə çıxış edən Nərmin Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunmasından bəhs edərək insan hüquqlarından, vətəndaşın hüquq və azadlıqlarından, dövlətin hüquqlarımızı qorunması siyasətindən, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə həyata keçirən tədbirlərdən məlumat verdi.
Sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.