Kollecdə “Karyera mərkəzlərinin qurulması və karyera planlaması istiqamətində işlərin aparılması” mövzusunda tədbir keçirildi.
   Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev tərəfindən “Karyera mərkəzlərinin qurulması və karyera planlaması istiqamətində işlərin aparılması”  mövzusunda tədbir keçirildi. Tədbirdə Zəka Mehrəliyev  çıxış edərək insanın hər hansı  sahədə inkişaf edib  bir mövqedən  digərinə çatma prosesindən, professional maraq  sahələrini qavramaqdan, mükafat dəyərlərinə aydınlıq gətirməkdən, irəliləyiş üçün doğru  fürsətləri seçməkdən, düzgün karyera quruculuğu üçün peşəkar şəxsiyyət kimi formalaşmaqdan, düzgün seçilmiş karyeranın gələcək həyata təsirindən bəhs etdi.
  “Maliyyə işi” ixtisasının tələbələri  Fatimə Rzayeva, Elza Rahmanova çıxış edərək karyeranın  fərdin ictimai və ya şəxsi iş həyatında irəliləyəcəyi, uğur əldə etmək üçün izləyəcəyi və çalışacağı, inkişaf və irəliləyişləri ehtiva edən bir anlayış olduğundan bəhs etdilər.


 
				 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	 
		 	
	 	