Kollecdə “Konstitusiya günü” ilə əlaqədar xüsusi dərs keçirildi.
12 noyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Konstitusiya günü” ilə əlaqədar xüsusi dərs keçirildi. Xüsusi dərsdə çıxış edən “Tarix və sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən, demokratik mahiyyətindən, hüquqi və sosial dövlət quruculuğundan, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi kimi dəyərlərdən bəhs etdi. Bildirdi ki, Konstitusiyamız dövlətimizin hüquqi əsaslarını müəyyən edən, müasir Azərbaycan dövlətçiliyinin dayağı olan mühüm sənəddir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

