Kollecdə “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş “20 sentyabr Dövlət Suverenliyi Günü” mövzusunda tədbir keçirildi.

Kollecdə “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş  “20 sentyabr Dövlət Suverenliyi Günü” mövzusunda tədbir keçirildi.

19 sentyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Konstitusiya və suverenlik ili” nə həsr olunmuş “20 sentyabr Dövlət Suverenliyi Günü” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər “İqtisadiyyat fənləri” FBK-nın sədri Həbib Həbibi (Güclü iqtisadiyyat-əbədi suverenlik), “Tarix və sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva (Tarixdə suverenlik: Azərbaycanın müstəqillik yolu), “Tarix və sosial fənlər” FBK-nın müəllimi Mələk Əhmədzadə (Suverenlik anlayışı və müasir dünya siyasətində rolu) bildirdilər ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır, bütün bu çətinliklərə baxmayaraq, azərbaycan xalqının müstəqillik, azadlıq və dövlətçilik arzusu heç vaxt sarsılmamış, daim yeni güc və enerji ilə nəsildən-nəsilə ötürülmüşdür. Müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. Bu baxımdan, 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüm nöqtələrindən biridir. 20 sentyabr 2025-ci il tarixində isə ölkəmiz bu günü ilk dəfə rəsmi olaraq qeyd edir.
Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu.
Ermənistanın hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərdilər.

Добавить комментарий